Home » Sual-Cavab

Sual-Cavab

1. Sual: Məktəb harada yerləşir?

Cavab: Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 88a

2. Sual: Ana məktəb nə vaxtdan fəaliyyət göstərir?

Cavab: Dünya Ana Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında Xəzər Universiteti Dünya Təhsil Kompleksinin tərkibində fəaliyyət göstərir.

3. Dünya Ana məktəbində hansı bölmələr var? 

Dünya Ana məktəbində təlim Azərbaycan, rus, ingilis dillərində Beynəlxalq Bakalavr (İB) Təşkilatının İbtidai Təhsil Proqramı üzrə aparılır.

4. Sual: Dünya Ana məktəbinə neçə yaşlı uşaqlar qəbul olunur?

  • Körpələr 2-3 yaş
  • Bağça 4-5 yaş
  • Məktəbəhazırlıq 5-6 yaş

5. Sual: Uşaq məktəbə necə qəbul olunur?

Cavab: Körpələr və uşaqlar məktəbə qəbul zamanı psixoloji müayinədən və həkim müayinəsindən  keçirilir. Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, səlist nitqi və maraq dairəsi əsas götürülür. Müsabiqqədə iştirak etmək üçün məktəbə zəng etməklə və ya birbaşa məktəbə gəlməklə qeydiyyatdan keçmək olar. Əlaqə nömrəsi (+99470) 560 15 18

6. Sual: İş rejimi necədir?

Cavab: Məktəb 08:00-da başlayır, 18:00-da bitir.

7. Sual: Məktəbdə işləmək üçün müəllimlər və tərbiyəçilər necə seçilir?

Cavab: Müəllimlər bir neçə mərhələli müsabiqə yolu ilə seçilir. Məktəbimizdə yüksək ixtisaslı yerili pedaqoqlarla yanaşı, xaricdən dəvət olumuş mütəxəssislər də çalışırlar.

8. Sual: Hansı xarici tədris proqramları var?

Cavab: Məktəbin ingilis bölməsində tədris Beynəlxalq Bakalavr Təşkilatı (IB) əsasında aparılır. Azərbaycan və rus bölmələrinin ibtidai siniflərində də Beynəlxalq Bakalavr Təşkilatının körpələr, bağça və məktəbəqədər hazırlıq üzrə proqramları tətbiq edilir.

9. Sual: Uşaqların qidalanması necə təşkil olunur?

Cavab: Uşaqlar qidalanması məktəb yeməkxanasında həyata keçirilir. Dünya Ana Məktəbində uşaqlar gün ərzində 4 dəfə yemək, bir dəfə meyvə ilə qidalanırlar. Həkim və dietoloq yeməklərə nəzarət edir.

10. Sual: İllik təhsil haqqı nə qədərdir?

Cavab: Məktəblə əlaqə yaradıb öyrənə bilərsiniz. Əlaqə nömrəsi: (+99470) 560 15 18

11. Sual: Təhsil haqqına hansı güzəştlər var?

Cavab: 1 ailədən bir neçə uşaq təhsil alarsa, ikinci uşaqdan başlayaraq hər birinə müəyyən güzəştlər edilir.

12. Sual: Təhsil haqqı əvvəlcədən tam ödənilir, yoxsa hissə-hissə ödənilə bilər?

Cavab: Təhsil haqqı müqaviləyə əsasən hissə-hissə ödənilir.

13. Sual: Təhsil haqqına nəqliyyat xidməti daxildir?

Cavab: Nəqliyyat xidməti təhsil haqqına daxil deyil, əlavə ödəniş servis xidmətinə ödənilir.

14. Sual: Uşaqların təhlükəsizliyi necə təmin olunur?

Cavab: Məktəbdə mühafizə xidməti vardır.

 

?
?
?
Invalid username, no pictures, or instagram servers not found
Invalid username, no pictures, or instagram servers not found
Twitter
Dunyaschool on Twitter
Latest Tweet: Yazar, böyük alim, professor Yaqub Əl Şaruni Dünya məktəbi kitabxanasının qonağı oldu. https://t.co/pS4Ius5eev
32 people follow Dunyaschool
?