Məktəbəqədər hazırlığın hər 3 bölməsində buraxılış xüsusi təntənə ilə qeyd olundu. İl boyu peşəkar tərbiyəçilərin böyük zəhməti nəticəsində gözəl təlim və tərbiyə görən balacalar uğurla məktəbə vəsiqə aldılar. Onlar şirin nəğmələri, şeirləri və rəqsləri ilə səhnədə şən çıxışlar etdilər.
Məktəbəqədər hazırlığın Azərbaycan bölməsində valideyn iclası keçirildi. İclas məktəb müdriyyətinin iştirakı ilə həyata keçirildi. İclasın əsas məqsədi iki ay müddətində keçirilən mövzuların mənimsənilməsinin yazılı test imtahanı şəklində yoxlanılaraq nəticələrlə valideynləri tanış etmək idi.